image-71f78c9f5d7bcf22e1f8017da4c07backend

Ukraynada Britaniya muzdluları var- Yüksək rütbəli zabitdən SENSASİON İDDİA

Böyük Britaniyanın özəl hərbi şirkəti (PMC) Ukrayna ərazisində  fəaliyyət göstərir. Alp.az xəbər verir ki, bu iddia ilə SBU-nun mərkəzi ofisinin keçmiş əməkdaşı, polkovnik Vasili Prozorov çıxış edib.

Onun sözlərinə görə,  Ukraynanın Nikolayev vilayətinin Oçakovo şəhərində hərbi-dəniz bazasının tikintisində inşaatçı və logist kimi çalışanları  britaniyalı muzdlular qoruyur.

“Britaniya PMC-nin əməkdaşları Kulbakino hərbi aerodromuna müntəzəm olaraq  təyyarələrlə gəlirlər. Onlar inşaatçıları, təyyarələri və yükləri qoruyurlar.” -deyə polkovnik bildirib.

Eyni zamanda, ingilislər,Nikolaevdəki Aleksandrovskaya otelində yaşayırlar. SBU-nun keçmiş polkovniki onların dəqiq sayını bilmədiyini bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki