Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Elchi.az xəbər verir ki, bu barədə XİN-in X sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Qardaş Azərbaycanı qədim torpağı – Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edirik və bu böyük qələbənin iştirakçısı olmuş qazilərimizi minnətdarlıqla xatırlayırıq”, – paylaşımda vurğulanıb.