image-trump-afp-2333885_1backend

Tramp sabahdan Kanada və Meksikadan idxala 25 faizlik rüsumlar tətbiq edəcəyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan idxal edilən məhsullara sabahdan etibarən 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb.
Honda-nın tariflərdən qaçmaq üçün yeni Civic-i Meksika əvəzinə ABŞ-ın İndiana əyalətində istehsal edəcəyi xəbəri ilə bağlı verilən suala Trump, Hondanın ölkədə istehsala gələcəyini və bunun kimi elan ediləcək bir çox başqa şirkətin olduğunu söylədi.
İkitərəfli tariflərin aprelin 2-də başlayacağını xatırladan Tramp, “Ancaq daha da əhəmiyyətlisi sabah Kanada və Meksikaya 25 faizlik tariflər tətbiq edilməyə başlayacaq” dedi.
Avtomobil şirkətlərinin və digər firmaların etməli olduqlarının ABŞ-da fabriklərini qurmaq olduğunu ifadə edən Tramp, bu halda gömrük rüsumlarının tətbiq edilməyəcəyini vurğulayıb.
“Kanadada və ya Meksikada avtomobil zavodu tikəcək hər kəsə deyərdim ki, onlar zavodu burada tiksələr, daha yaxşı olar, çünki biz onların ən böyük satış bazarıyıq”, – Tramp deyib.
Gecə yarısından əvvəl Kanada və Meksika ilə tariflərlə bağlı razılığın əldə edilib-edilməməsi ilə bağlı suala cavab olaraq, Tramp tariflərin hazır olduğunu və sabahdan qüvvəyə minəcəyini təkrarlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki