ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona zəng edərək Ukraynadakı vəziyyəti, Parisdə Aİ liderlərinin görüşünü və Ər-Riyadda Rusiya ilə ABŞ arasında danışıqları müzakirə edib.
Elchi.az xəbər verir ki, iki prezident Ukraynadakı münaqişəni, Avropa liderlərinin görüşlərini və Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmiləri arasında danışıqları müzakirə ediblər”, – “ The Hill” ABŞ administrasiyasının rəsmisindən sitat gətirib.
Rusiya nümayəndə heyəti ABŞ-la danışıqlarda iştirak etmək üçün artıq Ər-Riyada gəlib. Görüşdə Rusiya Federasiyasının maraqlarını xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edəcək. Dialoqun fevralın 18-də keçirilməsi planlaşdırılır. Ər-Riyad hava limanına çatan kimi Uşakov tədbirdə Ukrayna nümayəndələrinin olmayacağını vurğulayıb.
Nuranə Məmmədova