image-1731732050_ilonbackend

Tramp komandası Maska sərt xəbərdarlıq etdi! “Sən həddi aşırsan”

İlon Mask və Donald Trampın komandası arasında gərginlik artır. Trampın aparat rəhbəri Susie Wiles, SpaceX və Tesla şirkətinin rəhbəri İlon Maska sərt xəbərdarlıq edib ki, hökumət xərcləri ilə bağlı sürpriz qərarlarla Ağ Evi şoka salmağı dayandırsın.
Elchi.az xəbər verir ki, “Reuters”ə danışan mənbələrə görə, Trampın aparat rəhbəri “Buz Qız” ləqəbli Susie Wiles, Musk ilə görüşündə Tramp administrasiyası ilə məsləhətləşmədən mühüm qərarlar qəbul etməməli olduğunu açıqlayıb.
Xüsusilə, Maskın dövlət işçilərinə göndərdiyi e-poçt Ağ Evdə böyük təsir bağışlayıb.
Mask federal işçilərə məktub göndərib ki, e-poçta cavab verməsələr, istefa vermiş hesab olunacaqlar. Ancaq Ağ Evdəki mənbələr Trampın bu addımdan xəbərsiz olduğunu və Maskın ” həddindən artıq irəli getdiyini ” iddia edib.
Mask əvvəlcə Wiles-ə gündəlik yeniləmələr göndərməyə razılaşdı, lakin Trump onu “TruthSocial”da “DOGE” də “daha aqressiv olmağa” çağırdıqdan sonra geri çəkildi.
Çağırışdan sonra Mask xərclərə təzyiqi artırmaq üçün birbaşa federal işçilərə müraciət etdi.
Maskın Tramp administrasiyasında rəsmi vəzifəsi olmamasına baxmayaraq, belə səlahiyyətdən istifadə etməsi Vaşinqtonda böyük suallar doğurub. Konqresin ən azı altı üzvü Maskın hüdudlarını aşdığını və onun administrasiyadakı rolunun aydınlaşdırılmasına ehtiyac olduğunu bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki