ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evin sözçüsü vəzifəsinə seçki kampaniyasının mətbuat katibi Karolin Levitti təyin edəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Trump, Leavitt-in seçki kampaniyasının sözçüsü olduğu müddətdə “əla iş gördüyünü” söylədi və onu Ağ Evin sözçüsü təyin edəcəyini açıqladı.
Leavitti “ağıllı, sərt və son dərəcə təsirli bir ünsiyyətçi” olaraq xarakterizə edən Tramp, “Mən əminəm ki, o, podiumda uğur qazanacaq və Amerikanı yenidən möhtəşəm edərkən Amerika xalqına mesajımızı çatdırmağa kömək edəcək”. dedi.
Trampın ilk prezidentliyi dövründə Ağ Ev mətbuat katibinin müavini vəzifəsini icra edən Leavitt sosial media platforması X hesabında Trampın açıqlamasını paylaşaraq seçilmiş prezidentə təşəkkür edib.
Başqa bir açıqlamada Tramp seçki kampaniyasının kommunikasiya direktoru olan Stiven Çenqı Ağ Evin kommunikasiya direktoru təyin edəcəyini açıqlayıb.
Şayəstə Hüseynova