ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonu növbəti dəfə “qubernator” adlandırıb.
Elchi.az xəbər verir ki, Donald Tramp, Truth Social adlı sosial media hesabından verdiyi açıqlamada, “Kanadanın Böyük Əyaləti maliyyə nazirinin istefaya getməsi və ya Qubernator Castin Trudeau tərəfindən işdən çıxarılmasına mat qalıb” dedi.
Trudonu “qubernator” adlandıraraq ələ salan Tramp Kanadanın baş nazirinin müavini və maliyyə naziri vəzifələrində çalışmış, lakin dünən istefa verən Kristia Frilandın davranışının “zərərli” olduğunu bildirib.
Tramp Kanada üçün işlətdiyi “böyük dövlət” ifadəsini də təkrarlayıb.
Donald Tramp prezident vəzifəsinə keçərkən Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı.
Trudeau verginin 25 faiz artırılmasının Kanada iqtisadiyyatına mənfi təsir edəcəyini bildirib.
Tramp dekabrın 10-da “Truth” sosial media hesabında paylaşıb: “Dünən axşam Kanadanın Böyük Əyalətinin qubernatoru Castin Trudeau ilə nahar etmək çox xoş idi”. O, bu ifadəni işlətməklə Trudeau ilə lağ edib.
Friland dekabrın 16-da nazirlər kabinetindən istefa verdiyini elan edərək, artıq Trudeau ilə “ölkə üçün ən yaxşı yolda” razı olmadığını bildirib.
Şayəstə Hüseynova