image-trump_getty-headerbackend

Tramp: İran və husilər hələ də əsl acını dadmayıblar

ABŞ Prezidenti Donald Tramp sosial mediada “Həm Husilər, həm də İrandakı sponsorları üçün əsl ağrı hələ gəlməkdədir” deyib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp sosial media hesabında Yəməndə İranın dəstəklədiyi husilərlə bağlı təəccüblü açıqlamalar verib.
“Hücumların son iki həftəsi ərzində husilər məhv edilib. Onların döyüşçülərinin və liderlərinin əksəriyyəti artıq aramızda deyil. Biz onları hər gün və hər gecə daha sərt şəkildə vururuq”, – Tramp deyib.
“ABŞ gəmilərinə atəş açmağı dayandırın, biz də sizə atəş açmağı dayandıracağıq”.
“Hücumlarımız naviqasiya azadlığına təhlükə qalmayana qədər davam edəcək. Seçim husilər üçün aydındır: ABŞ gəmilərinə atəş açmağı dayandırın, biz də sizə atəş açmağı dayandıracağıq. Əks halda, biz yenicə başlamışıq. Əsl ağrı həm Husilər, həm də İrandakı sponsorları üçün hələ gələcəkdir”, – Tramp bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki