image-159974-trump-husileri-yeniden-yabanci-teror-orgutleri-listesine-ekledi-6791e52346d7fbackend

Tramp Husiləri yenidən xarici terror təşkilatları siyahısına əlavə edib

Co Bayden administrasiyasının “xarici terror təşkilatları” siyahısından çıxarmasından sonra ABŞ prezidenti Donald Tramp Yəməndə husilər kimi tanınan “Ənsarallah” təşkilatını yenidən siyahıya əlavə edib.
Elchi.az xəbər verir ki, Co Bayden administrasiyasının “xarici terror təşkilatları” siyahısından çıxarmasından sonra ABŞ prezidenti Donald Tramp Yəməndə husilər kimi tanınan “Ənsarallah” təşkilatını yenidən siyahıya əlavə edib. Tramp prezident fərmanı ilə Husiləri yenidən terror təşkilatları siyahısına daxil etdiyini ifadə edərək, 2021-ci ildə səlahiyyət müddətinin son günlərində husiləri bu siyahıya əlavə etdiyini, lakin Bayden administrasiyası vəzifəyə gəldikdən bir neçə ay sonra husiləri siyahıdan çıxardığını qeyd edib. Tramp İranın bölgədə “terror fəaliyyətlərini” yaymaq səylərinə diqqət çəkib və xüsusilə Qırmızı dənizdə gəmilərə hücum etdiklərinə görə husilərin yenidən siyahıya alınması lazım olduğunu bildirib.
Trampın sərəncamına əsasən, ABŞ Dövlət Departamenti 30 gün ərzində husiləri rəsmən terror təşkilatları siyahısına daxil edəcək.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki