image-trump-reu-2324594_1backend

Tramp Çinə tətbiq edilən tarifləri 20 faizə qaldırıb

ABŞ prezidenti Donald Tramp ölkəyə gələn fentanillə mübarizə apara bilmədiyi üçün Çinə tətbiq edilən rüsumları 10%-dən 20%-ə qaldırıb.
Elchi.az xəbər verir ki, Tramp keçən ay imzaladığı fərmanla ABŞ-a daxil olan fentanil səbəbiylə Çin idxalına 10 faiz gömrük rüsumunu tətbiq etdi.
Tramp öz sərəncamında Çinin fentanil də daxil olmaqla sintetik opioidlərin ABŞ-a axınının qarşısını almaq üçün tədbir görməməsinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid yaratdığını və Çinin bu böhranı yüngülləşdirmək üçün kifayət qədər addımlar atmadığını bildirib.
Buna görə Çindən idxala tətbiq edilən tarif dərəcəsi yüzdə 20-yə qaldırıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki