Suriyanın mərkəzi hissəsində yerləşən Homs əyalətinin Tedmur rayonunda bir çox nöqtəyə aviazərbələr endirilib. Suriya hücumda İsraili günahlandırıb.
Elchi.az xəbər verir ki, yerli mənbələrdən alınan məlumata görə, yerli vaxtla saat 14:00-da Humusun şərq çölündə yerləşən Tedmur rayonunda iki ayrı nöqtəyə hava hücumu həyata keçirilib.
Hücumlarda Tedmur Hərbi Hava Limanı yaxınlığındakı sənaye sahəsi və Zaker restoranı hədəfə alınıb.
İranın dəstəklədiyi qruplardan biri olan Fatimiyyun Briqadasının restorandan hərbi qərargah kimi istifadə etdiyi bildirilib.
Hücumlar nəticəsində çox sayda ölü və yaralının olduğu bildirilərkən, yaralıların Tedmur xəstəxanasına aparıldığı qeyd edilib.
Nuranə Məmmədova