Suriyada yeni administrasiyanın rəhbəri Əhməd Şəra paytaxt Dəməşqdə Ərəb Liqasının baş katibinin müavini Husam Zəki və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Elchi.az xəbər verir ki, Ərəb Liqasının baş katibinin müavini Husam Zəki və onun rəhbərlik etdiyi nümayəndə heyəti Dəməşqdə rəsmi təmaslar keçirib.
Yeni administrasiyanın lideri Əhməd Şara və xarici işlər naziri Əsəd Həsən Şeybani Dəməşqdəki Xalq Sarayında Ərəb Liqasının nümayəndə heyəti ilə təxminən 2,5 saat görüşdülər.
Görüşün ardından Şeybani və Zeki birgə mətbuat konfransı keçirib.
Şeybani Ərəb Liqası heyətinin Dəməşqə səfərinin mühüm olduğunu və əlaqələrdə yeni səhifənin açıldığını ifadə edərək, Suriya xalqına verdiyi dəstəyə görə Liqaya təşəkkür edib.
Suriyanın ərəb ölkələri ilə əməkdaşlıqda yeni səhifə açmaq istədiyini vurğulayan Şeybani, “Biz Suriyanın Ərəb Liqasındakı yerini ələ keçirmək və Ərəb Liqasının ilk iclasında Suriya xalqını təmsil etmək istəyirik” deyib.
Şeybani Suriyanın Ərəb Liqasının mühüm bir parçası olduğuna diqqət çəkib.
Xarici işlər naziri Şeybani ərəb ölkələrinə tutduqları mövqe və Suriyanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib.
Ölkədə sabitlik və təhlükəsizliyi təmin etməkdə qərarlı olduqlarını açıqlayan Şeybani, “Suriya xalqının bütün təbəqələrinin iştirak edəcəyi milli konfrans təşkil etmək üçün çalışırıq” dedi.
Şeybani, “Yeni administrasiya bütün suriyalıların şərəfli və könüllü qayıtması üçün uyğun mühit yaratmağa çalışır” deyib.
Yenidənqurma üçün beynəlxalq dəstəyə çağıran Şeybani ölkədə investisiyalar üçün bütün imkanları verməyə hazır olduqlarını da bildirib.
Sabitliyi qorumaq üçün bölgə ölkələri ilə birlikdə çalışdıqlarını ifadə edən Şeybani Suriyaya qarşı sanksiyaların qaldırılmasını istəyib.
Şayəstə Hüseynova