image-20200919132342backend

Suriya İsrailin Dəməşqə hücumunu pisləyir

Suriya Xarici İşlər Nazirliyi bu səhər İsrailin Dəməşqə endirdiyi hava hücumunda 3 nəfərin həyatını itirdiyini açıqlayıb və hücumu pisləyib.
Elchi.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi İsrailin Dəməşqi hədəf alan və 3 nəfərin ölümü və 9 nəfərin yaralanması ilə nəticələnən hücumunu pisləyib.
Suriyanın rəsmi xəbər agentliyi ötən gün İsrailin Dəməşqə hava hücumu təşkil etdiyini açıqlamışdı. Suriya Xarici İşlər Nazirliyi bəyan edib ki, Suriya “öz ərazisini və xalqını müdafiə etmək və beynəlxalq hüququn təmin etdiyi bütün vasitələrlə bu cinayətlərə müqavimət göstərmək üçün qanuni hüququna malikdir”.
Suriya Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir:
“Düşmən İsrail bu gün səhər saatlarında Dəməşqin bir neçə nöqtəsinə hava hücumu təşkil edib. Bu hücumda 3 dinc sakin həlak olub, 9 nəfər yaralanıb və şəxsi mülklərə böyük ziyan dəyib. Suriya İsrailin bu vəhşi təcavüzünü pisləyir və bütün bölgəni yandırdığını bildirir”. “Dünyaya regional və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən bu xaosa son qoymağa çağırışını təkrarlayır”.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki