image-yapay-zekayla-cinsel-icerikli-goruntu-yuzlerce-magdur-var-kjy8backend

Süni intellektlə cinsi məzmunlu görüntü: Yüzlərlə qurban var!

Cənubi Koreyada süni intellektlə yaradılan “saxta cinsi məzmunlu görüntülər” sosial mediada yayıldıqdan sonra reaksiyalar artarkən, bu videoları hazırlayan 28 yaşlı şəxs 5 il həbs cəzasına məhkum edilib.
Elchi.az xəbər verir ki, keçən həftə ölkədəki məktəb və universitetlərə bağlı bəzi söhbət qruplarında manipulyasiya edilmiş səslər və görüntülərin yer aldığı “deepfake” adlı üsulla çoxlu sayda qurbanın, əsasən də qadın və qızların “seksual görüntülərinin” yayıldığı müəyyən edilib.
Sosial şəbəkə istifadəçiləri sinif yoldaşları və müəllimləri kimi tanıdıqları insanların fotolarını bəzi qruplara yükləyib, digər istifadəçilər isə bu fotolardan istifadə edərək saxta görüntülər yaratmışlar ki, bu da ölkə daxilində reaksiyalara səbəb olub.
Reaksiyalardan sonra Seul Mərkəzi Rayon Məhkəməsi 28 yaşlı kişini təxminən 400 “deepfake” videosu hazırlamaqda və internetdə 1700-ə yaxın belə görüntü yaymaqda təqsirli bilib. Qərarda şübhəlinin 5 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilib və “Saxta videoların məzmunu iyrəncdir və təsviri çətindir” ifadəsi işlədilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki