ABŞ-ın Starbucks qəhvə şəbəkəsinin qlobal satışları ABŞ və Çindəki zəif tələbin təsiri ilə iyul-sentyabr dövründə 7 faiz azalıb.
Elchi.az xəbər verir ki, sentyabrın 29-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində dördüncü rüb hesab edən qəhvə zənciri Starbucks, balans hesabatını açıqladı.
Buna görə, Starbucks’ın qlobal müqayisəli mağaza satışları sözügedən dövrdə yüzdə 7 azaldı.
Şirkətin müqayisə olunan mağaza satışları Şimali Amerika və ABŞ-da 6 faiz, beynəlxalq bazarlarda isə 9 faiz azalıb. Starbucks-ın Çindəki satışları da 14 faiz azalıb.
Starbucks-ın gəliri iyul-sentyabr dövründə illik bazda 3 faiz azalaraq təxminən 9,1 milyard dollara çatıb. Şirkətin səhm başına qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalaraq 80 sent olub.
Bu dövrdə şirkətin gəliri və mənfəəti bazar gözləntilərindən aşağı olub.
Şayəstə Hüseynova