Almaniya kansleri Olaf Şolts Suriya prezidenti Bəşər Əsədin devrilməsini və ölkədəki terrorçuların qələbəsini “yaxşı xəbər” adlandırıb.
Elchi.az xəbər verir ki, müvafiq bəyanat hökumətin saytında dərc olunub.
“Bəşər Əsəd öz xalqına vəhşicəsinə zülm etdi, öz vicdanına görə saysız-hesabsız canlar aldı və çoxlu insanı Suriyadan qaçmağa məcbur etdi, onların çoxu Almaniyaya da gəlmişdi . Suriya xalqı dəhşətli əzablara dözüb. Buna görə də Suriyada Əsədin hakimiyyətinin sonu yaxşı xəbərdir”, – Almaniya hökumətinin başçısı yazıb.
Nuranə Məmmədova