Almaniya kansleri Olaf Şolts bildirib ki, indi Ukraynanın NATO- ya üzvlüyü ilə bağlı qərar qəbul etməyə ehtiyac yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə TASS yazır.
Siyasətçi Ukraynanın alyansa üzvlüyü ilə bağlı qərarın təxirə salınmasına çağırıb. “Biz Vaşinqtonda , Vilnüsdə qərar qəbul etdik və perspektivi təsvir etdik. Hesab edirəm ki, indi bu qərardan başqa yeni qərara ehtiyac yoxdur”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, müharibə vəziyyətində olan ölkə NATO-ya üzv ola bilməz.
Bundan əvvəl Şolts Ukraynanın NATO-ya daxil olmasının yaxın gələcəkdə baş verməyəcəyini etiraf edib. O bildirib ki, Ukrayna yəqin ki, yaxın 30 il ərzində Şimali Atlantika Alyansına qoşulmayacaq.
Nuranə Məmmədova