image-kuzey-koreye-yasa-disi-sekilde-giren-abd-askeri-ordudan-atildi-v9bmbackend

Şimali Koreyaya “qanunsuz” daxil olan ABŞ əsgəri ordudan qovulub

Bildirilib ki, Cənubi Koreyadan Şimali Koreyaya “qanunsuz” keçən amerikalı əsgər Trevis Kinq “fərarilik”ə görə ordudan qovulub.
Elchi.az CNN-ə istinadən xəbər verir ki, 18 iyul 2023-cü ildə Şimali Koreyaya qeyri-qanuni yollarla daxil olan 24 yaşlı əsgər Travis King Texasdakı Fort Bliss hərbi məhkəməsinə gətirilib.
Məhkəmədə “hərbi xidmətdən fərarilik, hücum və əmrə tabe olmama” cinayətlərini etiraf edən Kinq 1 il həbs cəzası alıb və ordudan qovulub.
Kinqin məhkəmədə “işindən razı olmadığı” üçün Şimali Koreyaya qaçdığını və “Amerika ordusunu tərk etmək və bir daha geri qayıtmamaq istədim” dediyi ifadə edilib.
Məhkəməni gözləyərkən həbsdə qaldığı müddətdən cəzası kəsilən Kinqin vəkili Frank Rosenblatt, “Travis yaxşı davranış endirimi aldı və indi evə sərbəst dönəcək” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki