Şimali Koreyanın göndərdiyi zibil daşıyan şarın havada partladığı və Cənubi Koreya prezident ofisinin binasına çırpıldığı açıqlanıb. Ətrafa səpələnmiş tullantılar üzərində aparılan ekspertizalarda heç bir təhlükəli maddə aşkar edilmədiyi bildirilib.
Elchi.az xəbər verir ki, Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi gərginlik davam edərkən, Pxenyan gərginliyi daha da artıracaq bir addım atıb. Cənubi Koreya Prezidentinin Təhlükəsizlik Xidmətinin (PSS) verdiyi açıqlamada Pxenyanın göndərdiyi zibil daşıyan şarın havada partlayaraq prezident ofisinin binasına düşdüyü bildirilib.
Açıqlamada şarın daşıdığı zibillərin kampusun ətrafına səpələndiyi qeyd edilib və tullantılar üzərində aparılan müayinələrdə heç bir təhlükəli maddə aşkar edilmədiyi bildirilib.
Şayəstə Hüseynova