image-snimok-yekrana-154backend

Şimali Koreya: “Qələbə gününə qədər rus yoldaşlarımızın yanındayıq”

Şimali Koreyanın xarici işlər naziri Çoe Son-hui Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Ukraynadakı müharibə ilə bağlı “Rusiyanın böyük qələbə qazanacağına heç bir şübhəmiz yoxdur. “Biz bir daha əmin edirik ki, biz qələbə gününə qədər həmişə rusiyalı yoldaşlarımızın yanında olacağıq.
Elchi.az xəbər verir ki, Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui rəsmi səfər çərçivəsində Rusiyanın paytaxtı Moskvaya gəlib. Şimali Koreya naziri Çou Yaroslavski Vağzalında Rusiyanın xarici işlər naziri Sergey Lavrov gül dəstələri ilə qarşılayıb. Ço və Lavrov stansiyada Şimali Koreyanın keçmiş lideri Kim İr Senin 1949-cu ildə Moskvaya səfəri ilə bağlı xatirə lövhəsi açıb, daha sonra görüş üçün Rusiya Xarici İşlər Nazirliyinə gediblər. Lavrov görüşün əvvəlindəki çıxışında “Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın göstərdiyi xüsusi diqqət sayəsində ölkələrimiz arasında ikitərəfli münasibətlər son bir neçə ildə görünməmiş səviyyəyə çatıb.
Liderlərimizin tarixi görüşü zamanı Pxenyanda Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması ilə bu əlaqələrə yeni rəng əlavə olundu. “Strateji Tərəfdaşlıq Sazişi ikitərəfli gündəliyin bütün sahələrində əlaqələrimizin daha da dərinləşməsi üçün möhkəm zəmin yaradıb və həmçinin Şimal-Şərqi Asiya və Avrasiya qitəsində sabitləşdirici rol oynamağa hesablanıb”, – deyə o bildirib. İki ölkənin hərbi və təhlükəsizlik xidmətləri arasında sıx təmasların qurulduğunu deyən Lavrov bunun iki ölkəyə mühüm təhlükəsizlik məsələlərini həll etməyə imkan verdiyini bildirib. Lavrov həmçinin Şimali Koreyaya Ukrayna ilə bağlı mövqeyinə görə təşəkkür edib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki