Cənubi Asiyada son bir ayda yağan güclü yağışlar nəticəsində baş verən daşqın və torpaq sürüşmələri ilə bağlı rəsmi məlumatlara görə, Vyetnamda ən azı 233, Taylandda ən azı 33, Myanmada isə ən azı 19 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki,Cənubi Asiyada şiddətli musson mövsümü və Yagi tayfunun səbəb olduğu daşqınlar səbəbindən insan itkiləri artır.
Vyetnam, Tayland, Myanma və Laosda yüzlərlə insan həyatını itirərkən, itkin düşmüşləri tapmaq üçün axtarış-xilasetmə və qapalı qalanlara yardım işləri çətin şəraitdə davam edir.
Cənubi Asiyada son bir ayda yağan güclü yağışlar nəticəsində baş verən daşqın və torpaq sürüşmələri ilə bağlı rəsmi məlumatlara görə, Vyetnamda ən azı 233, Taylandda ən azı 33, Myanmada isə ən azı 19 nəfər ölüb.
Meteoroloqlar leysan yağışların ayın sonuna qədər bölgədə təsirli olacağını bildirərkən, səlahiyyətli birliklər vətəndaşları lazımi tədbirləri görərək təxliyə etmələri barədə xəbərdar edib.
Vyetnamda ölənlərin sayı 233-ə yüksəlib
Yagi qasırğasının ən çox ziyan vurduğu Vyetnamda yağışların təsiri azalarkən, axtarış-xilasetmə işləri nəticəsində fəlakətin sayı artır. Ölkədə tayfunun törətdiyi dağıntılarda ölənlərin sayı 233-ə yüksələrkən, 103 nəfərin hələ də itkin düşdüyü, ən azı 800 nəfərin yaralandığı bildirilir.
Böyük dağıntılara məruz qalan Vyetnama ABŞ, Avstraliya və Cənubi Koreyadan dəstək gəldi. Cənubi Koreya hökuməti ölkədəki fəlakət bölgələrində davam edən səylərə 2 milyon dollar, Avstraliya hökuməti 2 milyon dollar, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) isə 1 milyon dollar humanitar yardım bağışladığını açıqladı.
Myanmada ölənlərin sayı 19-a çatıb
Myanma Yanğın və Təcili Yardım İdarəsinin (MFSD) bu gün dərc etdiyi hesabatda seldə həyatını itirənlərin sayının 19-a çatdığı, 53 mindən çox ev təsərrüfatının təxliyə edildiyi bildirilib.
Su basan şəhərlərdən biri olan paytaxt Naypyidawda bir çox uçuşda fasilələr və ləğvlər yaşanarkən, ölkə daxilində bir çox dəmir yolu və avtomobil yolunun da su altında qaldığı bildirildi.
İki ölkə arasındakı Mae Sae çayı daşıb
Tailand və Myanma arasında Mae Sae çayının daşması səbəbindən iki ölkənin sərhəd şəhərləri su altında qalıb. Hər iki ölkənin hərbi birləşmələri tərəfindən tam dəstəklənən yardım və axtarış-xilasetmə işləri zaman-zaman təsirini artıran güclü yağış altında davam edir.
Tailandın baş naziri təbii fəlakət bölgəsinə səfər edib
Sel və torpaq sürüşmələrində 33 nəfərin həyatını itirdiyi Taylandda baş nazir Paetongtarn Çinavatra bu gün təbii fəlakət bölgəsinə səfər edib. Baş nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti bölgədə yaradılmış təcili yardım mərkəzlərinə baxış keçirib, evlərindən təxliyə edilən vətəndaşlarla görüşüb.
Mətbuat şərhində Şinavatra hökumətin ümumilikdə 7 nazirliklə birgə fövqəladə tədbirlər həyata keçirdiyini bildirib və əlavə edib: “Əsas məqsədimiz suyun səviyyəsinin azalmasını gözləmədən evlərində qapalı qalan ehtiyacı olan vətəndaşları təxliyə etmək və ərzaq yardımı etməkdir.
Şayəstə Hüseynova