image-1a1d0d7b-6d90-30cc-8d62-90d36371a943_850backend

“Sabah” Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti klub olub

“Sabah” Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti klub.

Elchi.az  xəbər verir ki, 1/8 finalın oyununda Tovuz şəhər stadionunda “Sabah”ı qəbul edən qərb təmsilçisi rəqibinə penaltilər seriyasında məğlub olub.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 bərabərliklə yekunlaşıb.

Onbir meterlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (3:1) Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv növbəti mərhələyə adlayıb. “Sabah”ın 1/4 finaldakı rəqibi “Sumqayıt” – MOİK cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl baş tutan matçların nəticələrinə görə “Səbail” və “Araz-Naxçıvan” 1/4 finala vəsiqə əldə etmişdi.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki