image-masum-halka-olum-kusacak-rus-terminatoru-cepheye-suruluyor-ct7ebackend

Rusiyanın “Terminatoru” cəbhəyə göndərilir

İddia olunurdu ki, Rusiya Ukrayna ilə müharibəsində çox mübahisəli bir qərarı həyata keçirmək üzrədir.
Elchi.az xəbər verir ki, bioloji silah kapsulu və ya fosfor gülləsi kimi mülki əhalinin kütləvi ölümünə səbəb ola biləcək ‘BMPT-72 Terminator 2’ döyüş maşını cəbhəyə göndərilməyə hazırlanarkən, rusların son addımı NATO-da böyük narahatlıqla izlənilir.
Rusiya prezidenti Vladimir Putin Rusiya ordusundakı əsgərlərin sayını 180 min nəfər artıraraq, ümumi hərbi personalın sayını 2 milyon 389 min nəfərə çatdıran fərman imzalayıb. ABŞ mərkəzli müdafiə nəşrlərinə danışan NATO-ya yaxın hərbi qaynaqların verdiyi məlumata görə; Rusiyanın müharibəni gücləndirmək cəhdləri tam sürətlə davam edir. Ən diqqətçəkən məlumat isə odur ki, mülki və əsgərlər arasında ayrı-seçkilik qoyulmadan ölümə səbəb olan “BMPT-72 Terminator 2” zirehli maşını Ukrayna cəbhəsinə göndəriləcək. Rusların son addımı NATO-nu da narahat edir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki