Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamalarına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Elchi.az xəbər verir ki, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycanla Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinə dəstək ifadələri ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada Qafqaz regionunda davamlı sülhün və regional əməkdaşlığın vurğulanması ilə yanaşı, beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərin dəyişdirilməsinin əleyhinə olduqları bildirilib. Bəyanatda İran, Rusiya və Azərbaycan arasında 3+3 formatında danışıqların əhəmiyyəti vurğulanaraq, problemlərin həlli, regionda sülh və sabitliyin bərqərar olması üçün bütün tərəflərin maraqlarının nəzərə alınmasının vacibliyi vurğulanıb.
Zaxarova açıqlamasında İranın narahatlığını başa düşdüklərini, lakin Azərbaycanla Naxçıvanı Ermənistan üzərindən birləşdirən Zəngəzur dəhlizinə dair ölkəsinin mövqeyinin qəti olduğunu bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlamada “İran ətrafında formalaşan bəzi dəhlizlər təkcə milli maraqlarımızı deyil, həm də milli təhlükəsizliyimizi təhdid edir. “Bizim borcumuz buna qarşı durmaqdır.
Şayəstə Hüseynova