Rusiya indi də Krımda yerləşən hərbi birliklərini gücləndirməyə qərar verib. Alp.az xəbər verir ki,növbəti raket diviziyası Rusiyanın Krımda yerləşən Cənub Hərbi Dairəsindəki ordu birləşmələrinin gücünü artıracaq.
Bu barədə Cənub Hərbi Dairəsinin ordu komandanı Aleksandr Dvornikov Rusiya mediasına bildirib.
Qeyd edək ki, Ukrayna ilə münasibətlərin kəskinləşməsi fonunda Rusiya hər hansı hücümların qarşısını almaq üçün adekvat tədbirlər görür.
Cənub Hərbi Dairəsinin ordu komandanı Aleksandr Dvornikov bildirib ki, bu il Cənub Hərbi Dairəsində iki yeni motoatıcı diviziyanın formalaşdırılması yekunlaşacaq.
Bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi 2022-ci ildə ölkənin cənubunda bütün ordu yarışlarının keçiriləcəyini bildirmişdi.