image-square_320_2d3769d21e4ac71949cdddcb0fc79e44backend

Rusiya Xarici İşlər Nazirliyi münaqişəyə ən qısa zamanda son qoymaq istədiyini bəyan edib

Moskva həmişə Ukraynadakı hərbi münaqişənin tez bir zamanda bitməsinə çalışıb.
Elchi.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
Bununla əlaqədar olaraq o, Rusiya prezidenti Vladimir Putinin iyun sülh təşəbbüsünü xatırladıb . O, bunu münaqişənin həlli üçün universal resept adlandırıb və xatırladıb ki, söhbət dondurulmaqdan yox, hərbi əməliyyatların son sona çatmasından gedir.
Bundan əvvəl Zaxarova bəyan etmişdi ki , Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hərəkətləri nəzərə alınmaqla Kiyevlə danışıqlar aparıla bilməz . O, Ukrayna hərbçilərinin mülki şəxslərə və mülki infrastruktura hücumlarını qeyd edib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hazırda danışıqlar üçün ilkin şərtlərin olmaması “açıq-aşkardır”.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki