Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna qoşunları 2024-cü il avqustun əvvəlində daxil olduqları Kursk vilayətinin Orlovka və Poqrebki yaşayış məntəqələrini geri alıblar.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Kursk vilayətində fəaliyyəti ilə bağlı məlumat verilib.
Bölgədə rus və ukraynalı əsgərlər arasında toqquşmaların davam etdiyi bildirilən açıqlamada , “Şimal Hərbi Qrupu bölmələrinin hücumları nəticəsində bölgədəki Orlovka və Poqrebki yaşayış məntəqələri azad edilib” – ifadəsindən istifadə edilmişdir.
Açıqlamada qeyd olunub ki, Ukrayna ordusu 2024-cü ilin avqustundan bu yana Kursk istiqamətində 63 min 500-dən çox əsgər, 381 tank, 288 piyada döyüş maşını, 243 zirehli transportyor və 2 mindən çox zirehli texnika itirib.
Rusiya Baş Qərargah rəisinin müavini Sergey Rudskoy ötən həftə Ukrayna ordusunun Kursk vilayətində ələ keçirdiyi ərazilərin 64 faizini geri aldıqlarını bildirib.
6 avqust 2024-cü ildə Ukrayna əsgərlərinin Rusiyanın Kursk ərazisinə daxil olmasından sonra iki ölkə ordusu arasında başlayan qarşıdurmalar davam edir.
Nuranə Məmmədova