image-snimok-yekrana-141backend

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində 95 əsgər azad edilib.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski 58-ci məhbus mübadiləsi ilə bağlı açıqlamasında deyib: “95 ukraynalı evlərinə qayıdıb. Bunlar Mariupol və Azovstal, Donetsk, Luqansk, Xarkov, Kiyev, Çerniqov və Xerson vilayətlərini müdafiə edən döyüşçülərimizdir. Hər dəfə Ukrayna öz xalqını rus əsirliyindən azad edəndə biz rus əsirliyində olan hər kəsin azad ediləcəyi günə yaxınlaşırıq. “Biz bütün döyüşçülərimizi Rusiyadan geri qaytarmaq üçün əlimizdən gələni edirik.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, mübadilənin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə həyata keçirildiyi bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki