Kremlin sözçüsü Dmitri Peskov Fələstin probleminin yalnız iki dövlət əsasında həll oluna biləcəyini deyib və əlavə edib: “Biz bunun yeganə variant olduğunu düşünürük”,- deyib.
Elchi.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Peskov, ABŞ prezidenti Donald Trampın “ABŞ-ın Qəzza zolağının ələ keçirəcəyi və fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çarəsi olmadığı” ifadəsini şərh edərkən deyib:
“Yaxın Şərq (Fələstin) məsələsinin həlli ilə bağlı mövqeyimiz yaxşı məlumdur. Məsələ yalnız iki dövlət əsasında həll oluna bilər. Bu tezis Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrində yer alır və bir çox ölkələr tərəfindən dəstəklənir. Biz bundan başlayırıq. Biz bunun yeganə variant olduğunu düşünürük. Bu bəyanatları Trampdan eşitmişik. Biz Yaxın Şərqdən və Misirdən də bunun necə baş verdiyini eşitmişik hələlik.”
Trampın “İrana maksimum təzyiq” siyasətini canlandıracaq prezident fərmanını imzalamadığını qeyd edən Peskov, “İran bizim tərəfdaşımızdır. Müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığımız davam edir. Əlaqələrimizi davam etdirəcək və inkişaf etdirəcəyik” deyib.
Peskov, Tramp administrasiyası ilə əlaqələrin müəyyən qurumlar vasitəsilə davam etdiyi barədə məlumatı paylaşaraq, “Son zamanlar təmaslar intensivləşib. Başqa detalları paylaşa bilmərəm” – ifadələrdən istifadə edib.
“Ukrayna ilə danışıqlara açığıq”
Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğu barədə açıqlamasına gəlincə, Peskov “Sorğu nəyəsə əsaslanmalıdır. Sorğu Zelenskinin Rusiya ilə danışıqları qadağan etmək qərarına əsaslana bilməz. Hələlik bunlar boş bəyanatlardır” – deyib.
Nuranə Məmmədova