“ABŞ Ermənistan-Türkiyə münasibətlərinini tezliklə normallaşdırılmasında maraqlıdır. Bu onlar üçün çox vacibdir. Amma bu sözləri Rusiya haqqında deyə bilmərəm”. Alp.az xəbər verir ki, bunu erməni ekspert Suren Sarkisyan deyib.
“ABŞ Ermənistan-Türkiyə münasibətlərinin təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də ABŞ-ın regional maraqları kontekstində normallaşmasında maraqlıdır. Amerikanın regional maraqları isə deyir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşacağı təqdirdə burada yeni geosiyasi reallıqlar ortaya çıxacaq. Bu yanaşma ABŞ-da 1991-ci ildən mövcuddur və bütün administrasiyalar üçün prioritet olub. Lakin Rusiya bu iki ölkənin yaxınlaşmasını istəmir. Çünki yaxınlaşma olduqca Rusiya aradan çıxacaq. Ruslar da bunu istəmir. Görüşlərin Moskvada təşkil edilməsi də aydın deyil”. – deyə Suren Sarkisyan bildirib.