“Cənubi Koreyada baş verənlər hazırkı hökumətin zəifliyidir”.
Elchi.az xəbə verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov deyib.
“Orada baş verənlər tamamilə cəfəngiyat idi. Heç də populyar olmayan və siyasi həyatının sonuna yaxınlaşan prezident hərbi vəziyyət tətbiq etməklə hakimiyyətdə qalmaq cəhdi edib. Faktiki olaraq, o, öz xeyrinə hərbi çevriliş etməyə cəhd etdi və parlamentin güclü müqaviməti ilə üzləşdi”, – deyə Cabarov qeyd edib.
Senatorun sözlərinə görə, Cənubi Koreya prezidenti Yun Seok Yeol nəinki ölkə daxilindəki müttəfiqlərdən, hətta Qərbdən də dəstək almayıb.
“Düşünürəm ki, indi bu vəziyyət aradan qalxacaq, ya da müxalifət qüvvələri prezidenti vaxtından əvvəl vəzifəsindən uzaqlaşdırmaq, hətta onu mühakimə etmək şansını əldən verməyəcəklər ki, bu da Cənubi Koreya tarixində tez-tez baş verib.
Orada dəfələrlə dövlət başçısı ömrünü həbsxanada başa vurub. Diqqətlə izləməliyik. Şimali Koreya da vəziyyəti diqqətlə izləyir. Amma düşünürəm ki, KXDR özünü təmkinli aparacaq və özünü hansısa təxribata cəlb etməyə imkan verməyəcək”, – deyə o, yekunlaşdırıb.
Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol ştatda hərbi vəziyyət elan edib. O, müxalifəti dövlət çevrilişi etmək və “hökuməti KXDR-in xeyrinə devirmək” niyyətində ittiham edib, bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti bloklamaq əmri verib.
Cənubi Koreyada hakim Vətəndaş Gücü Partiyasının nümayəndəsi Han Donq-hun hərbi vəziyyətin tətbiq olunduğunu elan edən ölkə prezidenti Yun Seok Yeolun hərəkətlərinə görə üzr istəyib. O, hakim partiyanın vəziyyətdən “çox təəssüfləndiyini” söylədi.
Yeganə