image-download-2025-03-10t213106-039backend

Qvatemalada “Fueqo vulkanı” püskürdü

Mərkəzi Amerika ölkəsi Qvatemalada “Fueqo vulkanı” püskürüb.
Səlahiyyətlilər paytaxt Qvatemala şəhərinin təxminən 50 kilometr cənub-qərbində yerləşən Fueqo vulkanının ötən gecə püskürdüyünü açıqlayıb.
Səlahiyyətlilər təxminən 300 ailənin təxliyə edildiyini və bölgədə yaşayan 30 min insanın da risk altında ola biləcəyi barədə xəbərdarlıq edib.
Səlahiyyətlilər hələlik itkilər barədə məlumat verilmədiyini bildiriblər.
Hündürlüyü 3763 metr olan “Fueqo vulkanı” Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biridir .
Vulkan 2018-ci ildə də püskürüb və təxminən 200 nəfərin ölümünə səbəb olub.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki