Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
09:07
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Elchi.az -a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mersedes” markalı sərnişin mikroavtobusu ilə “Şevrolet” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Qubada baş verən qəza zamanı bir nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib.