image-36ec5462bd6c5344c8c6043b5fb74679backend

Qızıl mədəninin çökməsi: Çoxlu ölü

Malinin cənubunda qızıl mədənində torpaq sürüşməsi 10 nəfərin həyatına son qoyub.
Elchi.az xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, Dəngə kəndində qızıl mədənində torpaq sürüşməsi çökməyə səbəb olub.
Əksəriyyəti qadınların olduğu 10 nəfərin həyatını itirdiyi, çox sayda insanın itkin düşdüyü fəlakətlə bağlı səlahiyyətlilərdən verilən açıqlamada, “Onlar bir çuxurda qapalı qalıb dağıntılara səbəb olan palçıqlı suya batdılar. Təəssüf ki, onların heç biri qaça bilməyib”. deyildi.
Bölgə qubernatorluğu təhlükəli şərait səbəbindən “cəsədlərin heç birinin çıxarıla bilməyəcəyini” və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki