Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin hücumları nəticəsində Qəzza zolağında soyuq hava şəraiti səbəbiylə donaraq ölən körpələrin sayının 7-yə yüksəldiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, UNRWA-nın X hesabında edilən açıqlamada, İsrailin hücumları altında Qəzzada yeni doğulan uşaqların ölümünə soyuq hava və sığınacaq çatışmazlığının səbəb olduğu bildirilib.
Bəyanatda Qəzzada 7700 körpənin həyatını xilas etmək üçün lazım olan qayğıdan məhrum olduğu və “bu günə qədər ən az 7 körpənin soyuqdan donaraq öldüyü” ifadə edildi.
Açıqlamada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsrail ordusunun hücumlarını pislədiyi və Kemal Advan Xəstəxanasını xidmətdən kənarlaşdırdığı, Kemal Advan Xəstəxanası və 2024-cü ilin oktyabr ayından bu yana ətrafına 50 hücum təşkil etdiyinin təsdiqləndiyi vurğulanıb.
Bəyanatda Kemal Advan Xəstəxanasının direktoru Husam Əbu Safiyenin də azadlığa buraxılması tələb edilib.
Şayəstə Hüseynova