image-upload-2024-09-23t200343z_456460609_rc2k6aa8w8df_rtrmadp_3_un-summit-pic_32ratio_900x600-900x600-30950backend

Qərb Ukraynanı münaqişəni deeskalasiya etməyə çağırıb

FT: Ukraynanın Qərb müttəfiqləri ondan münaqişənin gərginliyini azaltmasını və danışıqlar aparmasını istəyir.
Ukraynanın müttəfiqləri ondan münaqişənin gərginliyini azaltmağı tələb edirlər.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmura istinadən yazır.
FT-yə görə, Ukrayna prezidenti Vladimir Zelenski Moskva ilə danışıqlar yolu ilə münaqişənin həlli istiqamətində addımlar atmasını istəyən Qərb siyasətçilərinin təzyiqi altındadır.
Qərb rəsmisi nəşrə bildirib ki, hazırda Ukrayna üçün gündəmdə olan yeganə strategiya NATO-ya üzvlük müqabilində onun ərazi güzəştləridir.
Sentyabrın 30-da Ukrayna Ali Radasının deputatı Sergey Raxmanin bildirib ki, yalnız cəbhənin tam dağılması Zelenskini Rusiya Federasiyası ilə danışıqlara başlamağa məcbur edə bilər. Ukrayna parlamentarinin sözlərinə görə, hazırda münaqişənin həlli perspektivləri ilə bağlı müzakirələr aparılmır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki