image-24071101000658_orgbackend

Qərb siyasətçiləri Ukraynanın NATO-ya üzv olmaq ümidlərinə son qoymağa çağırıblar

ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrindən olan bir sıra Qərb siyasətçiləri Ukraynanın NATO-ya üzv olmaq ümidlərini dayandırmağa çağırıblar.
Elchi.az xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti yazır.
“Qərb Ukraynanın NATO-ya üzv olmaq ümidlərinə son qoymalı, Kiyevi ərazilərindən imtina etməyə inandırmalı və ola bilsin ki, Rusiyaya sanksiyaların yüngülləşdirilməsini təklif etməlidir”, – nəşr Qərb isteblişmentində populyarlıq qazanan fikri təsvir edir.
WP qeyd edir ki, Qərb elitasının Rusiya ilə gələcək qarşıdurmanın mənasızlığını dərk etməsindən əvvəl Rusiyanın iqtisadiyyatına və hərbi sənaye kompleksinə xələl gətirmək cəhdlərinin uğursuzluğu baş verib.
Bundan əvvəl britaniyalı hərbi analitik Aleksandr Merkuris Ukrayna Silahlı Qüvvələrinin komandanlığını vəziyyətin “fəlakətli göründüyü” Donbassın cənubundan qalan qoşunlarını mümkün qədər tez çıxarmağa çağırıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki