image-8888backend

“Qarabağı erməni qızları müdafiə edəcək” – Erməni deputatdan açıqlama 

Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan Qarabağı müdafiə etməyə hazır olan erməni qızlarına müraciət edib. Alp.az xəbər verir ki, Taquhi Tovmasyan müraciətində yüzlərlə erməni qızının döyüşə qatılmağa hazır olduğunu bildirib.

“44 günlük müharibə zamanı erməni ordusu öz vəzifəsinin öhdəsindən gələ bilmədi. Mən məhz bu səbəbdən martın 20-dən Qarabağdayam. Qarabağı bu dəfə cəsur erməni qızları müdafiə edəcək. İki gün ərzində mənə yüzlərlə müraciət edilib. Hal-hazırda Qarabağın müdafiə ordusu demək olar ki, yoxdur. Biz Qarabağı müdafiə etməliyik “- Taquhi Tovmasyan bildirib.image-8888

Şəkil Qaraqlux təpəsinin fonunda çəkilib   

P.S. Qeyd edək ki, erməni deputat Taquhi Tovmasyan Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi Laçın dəhlizindən qanunsuz olaraq keçərək Qarabağa gəlib. Erməni deputat martın 22-dən bu günə qədər Qarabağda olduğunu etiraf edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki