image-russian-president-vladimir-putin-meets-with-winners-of-the-leaders-of-russia-national-management-competition-in-moscowbackend

Putinin Ər-Riyad sammiti ilə bağlı bəyanatı

Rusiya prezidenti Vladimir Putin dünən Ər-Riyadda keçirilən ABŞ-Rusiya sammiti ilə bağlı açıqlamalar verib. “Trampla görüşməyə şad olardım, amma hazırlıq görülməlidir”, – Putin bildirib.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dünən keçirilən danışıqlarla bağlı açıqlamalar verib.
Rusiya-ABŞ görüşü ilə bağlı məlumatlandırıldığını bildirən Putin, “Diplomatik nümayəndəliklər öz vəzifələrinə davam edəcəklər. Ukraynada həll Rusiyanın prioritetidir” dedi.
ABŞ-la enerji məsələsini də müzakirə etdiklərini bildirən Putin, “ABŞ nümayəndə heyəti qərəzsiz hərəkət etdi. Vasitəçilərə ehtiyacımız yoxdur. Danışıqların məqsədi etimadı artırmaq idi. Rusiya Ukrayna danışıqlarına qayıtmağa hazırdır” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki