Amerikalı jurnalist Clayton Morris bildirib ki, son aylarda Qərb və BRİKS dövlətləri arasında titanik mübarizə gedir.
Elchi.az xəbər verir ki, onunla müsahibə “Pool N3” Telegram kanalında dərc olunub.
Təhlilçi təşkilatın sammitinin ABŞ-da prezident seçkilərinə bir neçə gün qalmış keçiriləcəyinə diqqət çəkib.
Onun fikrincə, zamanlama Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin Qərbə açıq siqnalıdır ki, Amerikanın hökmranlığının sona çatır.
“Bu, sadəcə bir zirvə görüşü deyil. Bu, ABŞ dollarına bütün dünyada ehtiyat valyuta statusu verən İkinci Dünya Müharibəsindən sonra keçirilən Bretton-Vuds konfransının ekvivalentidir. Bu BRİKS sammiti Bretton Woods sisteminin ölümü deməkdir”, – Morris vurğulayıb.
Onun sözlərinə görə, təşkilat artıq Qərbin iqtisadi və geosiyasi hegemonluğuna əhəmiyyətli əks-çəkidir.
Jurnalist yekunlaşdırıb ki, ABŞ və onun NATO müttəfiqləri enerji balansı BRİKS-ə doğru əyildiyi üçün alternativ strateji mənbələr axtarmalı olacaqları vəziyyətə düşə bilərlər.
Nuranə Məmmədova