image-wr-960backend

Putin: 34 ölkə BRİKS-in işinə qoşulmaq arzusunu bildirib

Vladimir Putin bildirib ki, Rusiya BRİKS-in sədri kimi assosiasiyaya üzv ölkələr arasında yeni qarşılıqlı fəaliyyət sahələrinin yaradılması təşəbbüsü ilə çıxış edib.
Elchi.az xəbər verir ki, artıq 34 ölkə BRİKS dövlətlərarası assosiasiyasının fəaliyyətinə qoşulmaq arzusunu ifadə edib. Bunu Rusiya prezidenti Vladimir Putin təşkilatın yüksək səviyyəli nümayəndələrinin təhlükəsizlik məsələləri üzrə görüşü zamanı deyib.
“Bu gün 30-dan çox ölkə, daha dəqiq desək, 34 dövlət artıq bu və ya digər formada bizim assosiasiyamızın fəaliyyətinə qoşulmaq arzusunu bildirib.
Putin həmçinin qeyd edib ki, Rusiyanın hazırkı sədrliyi artıq BRİKS-in birgə işinin təşkili və dövlətlər arasında yeni qarşılıqlı fəaliyyət sahələrinin yaradılması təşəbbüsü ilə çıxış edib. Eyni zamanda Rusiya Federasiyasının rəhbəri vurğulayıb ki, Rusiya həm də yeni dövlətlərin ittifaq mexanizminə mümkün qədər tez inteqrasiyasını stimullaşdırıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki