image-a-a-20250411-37599906-37599904-a-n-t-a-l-y-a-d-i-p-l-o-m-a-s-i-f-o-r-u-m-u-2025backend

Prezident Ərdoğan Liviyanın baş naziri Əbdülhəmid Dibeybe ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeni qəbul edərkən Türkiyənin Liviyanın sülh və təhlükəsizliyinə önəm verdiyini və Liviya ilə hər sahədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəklərini bildirib.
Elchi.az xəbər verir ki, Antalya Diplomatiya Forumu çərçivəsində Ərdoğan və Dibeybe arasında baş tutan görüşdən sonra Rəyasət Heyətinin Ünsiyyət Müdirliyi açıqlama verib.
Açıqlamaya görə, görüşdə Türkiyə ilə Liviya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan görüş zamanı Türkiyənin Liviyanın sülh və təhlükəsizliyinə önəm verdiyini və Liviya ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəklərini bildirib.
Ərdoğan Türkiyə və Liviyanın Şərqi Aralıq dənizindəki ortaq maraqlarını qorumaq üçün sıx təmasda olacaqlarını da bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki