Polşanın baş naziri Donald Tusk, prezident Donald Tramp dövründə ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin dəyişməsinə baxmayaraq, Qərbi Ukraynanı dəstəkləməyə çağırıb.
Elchi.az xəbər verir ki, Tusk sosial media platforması X-də yazdığı yazıda Qərb ölkələrini Ukraynanı dəstəkləməyə dəvət edib.
“Heç kim bunu görməmiş kimi davranmamalıdır” deyən Tusk, “Ukraynanı güc yolu ilə almaq bütün Qərb ictimaiyyətini təslim olmaq deməkdir” ,- fadəsini işlətdi.
Tuskun bu paylaşımı Trampın Ukrayna prezidenti Volodimir Zelenskini “diktaturada” ittiham etməsindən sonra gəlib.
Nuranə Məmmədova