Plastik çirklənmə ilə mübarizədə maraqlı kəşf edildi: polistirol istehlak edə bilən un qurdu sürfələri. Bəzi böcək növlərinin bu cür plastikləri parçalaya bildiyi daha əvvəl məlum olsa da, bu xüsusiyyət ilk dəfədir ki, Afrikadan olan bir böcək növündə müşahidə edilir.
Elchi.az xəbər verir ki, Polistirol qida, elektronika və sənaye qablaşdırmalarında geniş istifadə olunan və davamlılığına görə çətin parçalana bilən plastik material kimi tanınır. Ənənəvi təkrar emal üsulları olan kimyəvi və istilik prosesləri kifayət qədər baha başa gəlir və ətraf mühitin çirklənməsinə də səbəb ola bilər. Bu çətinliklər alimləri bioloji üsullara müraciət etməyə vadar edib.
Beynəlxalq Həşərat Fiziologiyası və Ekologiya Mərkəzindən bir qrup alim aşkar ediblər ki, vətəni Keniya olan un qurdu sürfələri həzm sistemlərində olan bakteriyalar sayəsində polistirolla qidalana və bu materialı parçalaya bilir. Yemək qurdu Alphitobius cinsinə aid olan yer böcəyinin sürfə formasıdır və sürfə dövrü 8-10 həftədir. Daha çox toyuq fermalarında rast gəlinən bu sürfələr bu isti mühitdə daimi qida mənbəyi tapdıqları üçün asanlıqla böyüyə və çoxalda bilirlər.