image-224bf71f-f966-313a-95e5-48a1126b20d7_850backend

Peskov: Rusiya ilə ABŞ arasında növbəti təmaslar ekspertlər səviyyəsində baş tutacaq

Növbəti Rusiya-Amerika təmasları iki ölkənin Xarici İşlər nazirlikləri vasitəsilə ekspertlər səviyyəsində baş tutacaq.

Elchi.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb mediasının fevralın 25-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilməsi planlaşdırılan görüşlə bağlı məlumatlarını şərh edərkən bildirib.

“Növbəti təmaslar Xarici İşlər nazirlikləri vasitəsilə ekspertlər səviyyəsində təmaslardır, ona görə də bu görüşlə bağlı məlumat almaq üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”, – o deyib.

Peskovun sözlərinə görə, bu cür danışıqlarda dialoqun normallaşdırılması tədbirləri müzakirə olunacaq.

O həmçinin qeyd edib ki, ilk növbədə, diplomatik qurumların işinin qarşılıqlı əsasda normallaşdırılması tədbirləri məhz həmin danışıqlarda ekspertlər səviyyəsində müzakirə olunacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki