Jurnalistlər üçün keçirdiyi brifinqdə Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder yadplanetlilərlə bağlı sualı cavablandırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Fox News” yazır.
Amerikanın “Task & Purpose” nəşrindən jurnalist Jeff Schogol Rayderə yaxınlaşaraq yerdənkənar həyat haqqında nə xəbər verə biləcəyini soruşdu. “Mən təsadüfi olaraq soruşacağam: UFO-lar, yadplanetlilər və bu kimi mövzularda nə var?” – deyə soruşdu.
Rayder sensasiyalı heç nə demədi. “Həqiqət ortadadır, Jeff və bizdə bu planetə yad canlıların gəldiyinə dair heç bir dəlil yoxdur” ,- deyib.
2023-cü ildə ABŞ Konqresində dinləmələr keçirildi , bu dinləmələrdə keçmiş kəşfiyyatçı Devid Qruş bəyan etdi ki, bir çox ölkələrin hakimiyyət orqanları yadplanetlilərin varlığından bir neçə onilliklər ərzində xəbərdardırlar və onların texnologiyasını axtarırlar. Onun sözlərinə görə, ABŞ bu oyunda fəal iştirak edir və hətta müəyyən uğurlar əldə edib. Bəzi yadplanetli obyektlərin yaxşı vəziyyətdə tutulduğu iddia edilir. Bundan əlavə, yerdənkənar nəqliyyat vasitələrinin qəzaya uğradığı yerdə “qeyri-insan biologiyası” olan qalıqlar tapılıb.
Nuranə Məmmədova