Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, 6 nəfər həlak olub, 8 nəfər isə ağır yaralanıb.
Elchi.az xəbər verir ki, Pakistan mətbuatının məlumatına görə, çarter reysi həyata keçirən “Mi-8” tipli helikopter mühərrikində nasazlıq səbəbindən Şimali Vəziristanda neft yatağına düşüb.
İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 8 nəfər isə ağır yaralanıb.
Yaralılar təhlükəsizlik qüvvələri tərəfindən ən yaxın xəstəxanalara aparılıb.
Helikopteri icarəyə götürən “Mari Petroleum Company”dən verilən açıqlamada qəzanın texniki nasazlıqlar səbəbindən baş verdiyi və bölgədəki təhlükəsizlik problemləri ilə bağlı olmadığı bildirilib.
Heyət daşıdığı qeyd edilən helikopterdə olan pilotların Rusiya vətəndaşları olduğu bildirilib.
Qəzadan sonra başladılan istintaq davam edir.
Şayəstə Hüseynova