Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullahın İsrail qüvvələri tərəfindən öldürülməsi fonunda ABŞ-ın müdafiə naziri Lloyd Ostin şənbə İsrailin müdafiə naziri Yoav Qalant ilə telefonla danışıb.
Elchi.az xəbər verir ki, telefon danışığında Ostin ABŞ-ın İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini və ABŞ-ın özünü müdafiə etmək üçün öhdəlik götürdüyünü söyləyib.
Ostin ABŞ-ın əvvəlki kimi bölgədəki qüvvələrini müdafiə etməyə hazır olduğunu vurğulayıb.
Maraqlıdır ki, Pentaqonun bəyanatında ABŞ prezidenti Co Baydenin dəfələrlə çağırdığı Livanda atəşkəsdən bəhs edilmir.
Yeganə