Macarıstanın baş naziri Viktor Orban Ukraynanın gələcək statusundan danışıb.
Elchi.az bu barədə “RİA Novosti” yə istinadən xəbər verir.
Orban bildirib ki, Ukraynanın gələcək statusu ümumi təhlükəsizlik təminatları çərçivəsində tənzimlənməlidir, çünki ölkə yenidən Rusiya ilə NATO arasında bufer zonaya çevriləcək. O, həmçinin hesab edir ki, buna Avropa xalqı qərar verməyəcək. “Məncə, sülh müqaviləsi Macarıstanın və NATO-ya üzv ölkələrin təhlükəsizliyinə təminat verməli və yenidən aralıq zonaya çevrilən Ukraynanın statusu da buna uyğun tənzimlənməlidir. Eyni zamanda, Orban əlavə edib ki, Ukraynanın Avropa Birliyinə qəbulu məsələsi “yalnız Avropa məsələsi” olaraq qalır.
“Hökumət parlamenti əmin edir ki, macarların qərarı olmadan Ukrayna Avropa İttifaqına üzv ola bilməyəcək. Deyə bilərəm ki, bu gün üzvlük üçün heç bir şərt yerinə yetirilməyib, bu gün bu, macar fermerləri və hətta bütün milli iqtisadiyyat üçün dağıdıcı olardı”, – Orban əlavə edib.
Nuranə Məmmədova