image-netanyahu-2283715_1backend

Netanyahu Birləşmiş Millətlər Təşkilatını hədələyib

İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının (BMT) Livan Müvəqqəti Sülh Qüvvələrini (UNIFIL) Livanın cənubundan geri çəkilməklə hədələyib.
Elchi.az xəbər verir ki, Netanyahu videomüraciətində Livanda İsrail ordusu tərəfindən hədəf alınan UNIFIL qüvvələri ilə bağlı açıqlama verib.
UNIFIL-in İsrailin geri çəkilmə tələbinə “dinləməsi” lazım olduğunu iddia edən Netanyahu, “İsrailin UNIFIL personalına qəsdən hücum etdiyi iddiası tamamilə yalandır” dedi.
Netanyahu, Hizbullahın UNIFIL obyektləri və mövqelərindən sığınacaq kimi istifadə etdiyini iddia edərək, UNIFIL qüvvələrini cənuba çəkməklə hədələdiyini təkrarladı.
Dünən İsrail ordusunun UNIFIL-i hədəf almasından sonra İsrailin baş naziri Benyamin Netanyahu UNIFIL qüvvələrini Livanın cənubundan çıxarmaqla hədələyib.
Bir çox ölkələr İsrail ordusunun UNIFIL bazalarına hücumundan dərin narahat olduqlarını bildirib və İsraili bu hücumları dərhal dayandırmağa çağırıblar.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki